Boynumda yırtıq yaranıb, işləyə bilmirəm - İsmayıl Hüseynov

  • 2025.10.15 13:47
  • 229 Baxış
Boynumda yırtıq yaranıb, işləyə bilmirəm -  İsmayıl Hüseynov

"Səhhətimdə problemlər yaranıb".

Bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:

"Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı", - deyə İ.Hüseynov əlavə edib.

Xatırladaq ki, İsmayıl Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri "Bakupost" yayıb.