Böyrək xəstəliyi illərlə heç bir ağrı və ciddi əlamət olmadan inkişaf edə bilər. Lakin bəzi dəyişikliklər xəbərdarlıq siqnalı ola bilər.
Medicina.az xəbər verir ki, bunlara sidikdə dəyişiklik, ayaq və üzdə şişkinlik, davamlı yorğunluq və təngnəfəslik, yüksək təzyiq, ürəkbulanma və iştahasızlıq, səbəbsiz qaşınma, ayaqlarda qıcolma və yuxu problemləri daxildir.
Bu əlamətlərdən bir neçəsi davamlı şəkildə müşahidə olunursa, həkimə müraciət etmək və qan-sidik müayinələri aparmaq tövsiyə olunur.
Xanım,
Medicina.az