Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər

  • 2026.08.19 23:59
  • 125 Baxış
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər

Xroniki böyrək xəstəliyi uzun müddət simptomsuz inkişaf edə bilər. Lakin bəzi dəyişikliklər erkən xəbərdarlıq siqnalı ola bilər.

Medicina.az xəbər verir ki, əllərdə və ayaqlarda şişkinlik, barmaqların və üzüklərin sıxması, dəridə iz qalması, ayaqlarda qaşınma, gecə qıcolmaları, ayaqları hərəkət etdirmək ehtiyacı və dırnaqlarda ikirəngli görünüş böyrək problemi ilə əlaqəli ola bilər.

Bu əlamətlər başqa səbəblərdən də yarana bilər. Davamlı olduqda həkimə müraciət etmək və kreatinin, böyrək filtrasiya göstəricisi (DFG) və sidikdə albumin müayinələrindən keçmək tövsiyə olunur.

Xanım,
Medicina.az