Böyük qarın, enli bel ömrü qısaldır

  • 2023.06.02 14:44
  • 1739 Baxış
Böyük qarın, enli bel  ömrü qısaldır
Müəyyən bel ölçüsünə sahib olanlar bəzi xəstəliklərdən əziyyət çəkir.


Böyük qarınlı insanlar həm fiziki cəhətdən yaxşı görünmür, həm də sağlamlıqları ilə bağlı problemlər yaşayırlar.

Daxili qarın piyləri bədəndə iltihablı proseslərin riskini artırır və xroniki xəstəliklərin inkşafına zəmin yaradır.

Böyük qarına səbəb tək alkoqol deyil, 8 saatdan az yatan insanlar da bu qrupa daxildir.

Qarındakı visseral piy daha çox təhlükəlidir. Problem təkcə dərialtı toxumada deyil, qarın boşluğunda bağırsaq və qaraciyər kimi daxili orqanlar ətrafında piylərin toplanmasıdır.

Qarın piyləri immunitet sistemini zəiflədir və xroniki xəstəliklərin inkişafına kömək edir.

“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, xroniki iltihabı təhrik edən qarın boşluğundakı yağ yataqlarıdır.

Visserial yağ yağ turşularını qana buraxaraq, bu risklərin yaranmasına səbəb olur:

• yüksək qan təzyiqi;
• ürək-damar xəstəlikləri - infarkt
• II tip diabet.

Təhlükəli bel ölçüsü qadınlar üçün 80-82 sm və kişilər üçün 94 sm - dir. Daha təhlükəsi isə qadınlarda 88 sm, kişilərdə 102 sm ölçüləridir.

Aynurə Məmmədova