Boyun və bel yırtığının səbəbləri, əməliyyatsız müalicəsi – AÇIQLAMA- VİDEO

  • 2020.11.13 13:48
  • 6394 Baxış
Boyun və bel yırtığının səbəbləri, əməliyyatsız müalicəsi  – AÇIQLAMA- VİDEO

Bel və boyunda onurğa sütunu fəqərələrarası yırtıqlar dünya əhalisi arasında ən çox yayılmış xəstəliklərdən biridir.

Yırtıq – onurğa fəqərələri arasında əmələ gəlmiş fibroz törəmə olub, onurğadan kənara çıxır.


Medicina.az xəbər verir ki, hazırda Azərbaycanda bel ağrılarının əsas səbəblərindən biri olan yırtıqlarda ağrılar xəstələri narahat edur.

Bəzi hallarda bu patologiya irəli gedərək, radikulopatiya və mielopatiyaya çevrilir ki, bu zaman artıq xəstənin gündəlik həyat keyfiyyəti aşağı düşür və o ağrıların əsirinə çevrilir.


Bu mərhələyə gəlib çatmamaq üçün ilk simptomlardan, ilk ağrı siqnalını hiss etdikdə, dərhal həkimə getmək lazımdır.

Fəqərələrarası yırtıqlar çanaqdan tutmuş boyuna kimi onurğa boyu istənilən hissədə lokalizə oluna bilər, amma daha çox bel hissədə, əsas 5 fəqərənin olduğu yerdə çıxır.


Daha çox 4-5-ci fəqərədə yaranır. Bu yırtıqlar kişilərdə 35-55 yaş arası çox diaqnoz olunur.


Əlamətləri:


Kiçik yırtıqlar ilk əvvəllər o qədər simptomsuz inkişaf edir ki, heç bir ciddi əlamət göstərmir. Ona görə həkimlər bildirir ki, bir insanın beli ağrımasa belə ildə 1 dəfə onurğa sütunu müayinə olunmalıdır.

Əzələ tonusu artır. Yerişdə, hərəkətdə məhdudlaşmalar yaranır, ayağı yuxarı qaldıran zaman ağrı olur, beli tam əyə bilmir, beli yana 90 dərəcə fırlada bilmir.


Hara getməli?

Düzgün diaqnostika üçün RegenStem Mərkəzinə müraciət edə bilərsiz.

Kök hüceyrə və ağrı mütəxəssisi, nevroloq Sevinc Heydərova həm boyun, bel ağrılarının səbəbinin diaqnostikası. həm də dərmansız, əməliyyatsız, yeni müalicə prosedurlarını tətbiq edir.

Ətraflı videoda izləyə bilərsiniz

Boyun və bel yırtığından əziyyət çəkən xəstənin müalicəsi – Proloterapiya

Əlaqə telefonu:
050 309 77 87