Braziliya Prezidenti Jair Bolsonaro, koronavirusunun yeni növünə qarşı etiraz tədbirlərinə qatılıb.Medicina.az xəbər verir ki, koronavirusunu ciddi qəbul etməyən, “kiçik qrip” olduğunu bildirən Braziliya Prezidenti Jair Bolsonaro, koronavirusu səbəbiylə əyalət qubernatorları tərəfindən tətbiq edilən karantinin qaldırılmasını tələb edən etirazçıların paytaxt Brazilyadakı nümayişinə qatılıb.
Sosial məsafə qaydasını pozan Prezident Bolsonaronun maska taxmadan tez-tez öskürdüyü görüntülənib. Demək olar ki, 600 etirazçı orduya, korona virusu pandemiyasına qarşı görülən tədbirlərə müdaxilə etməyə, Ordu Qərargahının qarşısına toplaşaraq ölkədəki karantin tədbirlərini dəstəkləyən Braziliya Milli Konqresinə hərbi müdaxilə tələb edib.
Belə ki, nümayişçilərə müraciət edən Bolsonaro, “Sənə inandığım üçün buradayam. Braziliyaya da inandığın üçün buradasan” deyə müraciət edib.
Cənubi Amerika öılkəsi olan Braziliyada son 24 saat ərzində yeni növ koronavirusun (Kovid-19) yayılması səbəbindən 115 nəfər ölüb.