Britni Spirs sinirinin zədələndiyini bildirdi - Bir tərəfim keyiyir

  • 2022.11.11 15:56
  • 1359 Baxış
Britni Spirs sinirinin zədələndiyini bildirdi  - Bir tərəfim keyiyir


Amerikalı pop ulduz Britni Spirs son zamanlar sağlamlığı ilə bağlı onu narahat edən problemi açıqlayıb.

"Medicina" xəbər verir ki, müğənni bu barədə sosial hesabında yazıb.

40 yaşlı müğənni sinir zədələnməsinə görə sağ tərəfdə ağrı və keyimə hiss edir.

"Bəzən bu səbəbdən beyinə yetəri qədər oksigen çatmır. Əvvəllər həftədə 3-4 dəfə yuxudan ayılıb, qolumu hiss etmirdim.

Çox tez-tez başım ağrıyır və boynum keyiyir. Maraqlıdır ki. rəqs edəndə ağrı hiss etmirəm. Ona görə bu halla rəqs etməklə mübarizə aparıram.

Axır 3-5 ayda özümü daha yaxşı hiss edirəm. Həkimlərin nə kömək edəcəyini bilmirəm, çünki həkimə getməmişəm"- deyə müğənni bildirib.

Aygün Musayeva