Koronavirusun tipik əlamətləri qızdırma (sinə və ya kürəyinizə toxunanda istilik hiss edirsiniz), həmçinin gündə bir saat və ya daha çox üçdə bir dəfə artan öskürək).
Lakin Oksford Universitetinin alimləri tərəfindən aparılan bir araşdırmaya əsasən digər əlamətlər də koronavirus infeksiyasından xəbər verir.
Artıq COVID-19 daşıyıcısı olduğunuzu müəyyən edən beş əlamət var.
Qoxu itkisi
Burundakı bəzi hüceyrələrdə koronavirusun hədəfi olaraq işləyən zülallar var: bunu hədəf alaraq virus orqanizmə daxil olur. Bu hüceyrələrin infeksiyası qoxu itkisinə, mövcud olmayan qoxu hisslərinə səbəb ola bilər. Elm adamları, bu simptomlu insanların gizli daşıyıcı olduqlarını söyləyir.
Konyunktivit
Amerika Oftalmologiya Akademiyası (AAO) koronavirusun "yüngül follikulyar konjonktivitə səbəb ola biləcəyini" bildirib. Bu vəziyyətdə qan damlayan gözlər, yanma, kirpiklərə yapışan irin meydana gəlməsi, qaşınma müşahidə olunur.
İshal
Wuhanda 204 xəstə üzərində aparılan araşdırmadan məlum olmuşdur ki, xəstələrin tam yarısı (48.5%) həzm problemləri ilə xəstəxanaya müraciət edib. Onların hamısı əsasən ishaldan şikayətləniblər.
Qarın ağrısı
İngilis mütəxəssislər bildirirlər ki, indi ölkənin xəstəxanalarında tənəffüs yolları xəstəlikləri ilə bərabər qarın ağrısı şikayətləri ilə müraciət edən xəstələrdə artım müşahidə olunur. Həkimlərin fikrincə, bu, ağciyərin aşağı loblarında sətəlcəmin inkişafının nəticəsi ola bilər.
Yorğunluq
ÜST bildirir ki, koronavirus xəstəliyinin əlaməti olaraq insan onun üçün qeyri-adi gərgin yorğunluq hiss edə bilər.
Mütəxəssislər bu simptomları müşahidə olunduğu halda başqaları ilə təmasdan yayınmağa və ictimai yerlərdə görünməməyə çağırır.