Bu apteklərdə nöqsanlar aşkarlandı

  • 2025.12.11 15:43
  • 84 Baxış
Bu apteklərdə nöqsanlar aşkarlandı



Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparıb.


Medicina.az xəbər verir ki, bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub.

Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.

Aygün Musayeva