İsveçli alimlər tərəfindən aparılan maraqlı bir araşdırma ayaqqabı ölçüsü ilə ömür uzunluğu arasında əlaqəni ortaya qoyub.
Medicina.az xəbər verir ki, araşdırmanı aparan Dr. Hans Bjors, İsveçin müxtəlif bölgələrindən olan iştirakçıların məlumatlarını təhlil etdiklərini və ayaqqabı ölçüləri ilə ömür uzunluğu arasında əhəmiyyətli fərqlər müşahidə etdiklərini bildirib.
Qadınlarda ayaqqabı ölçüsü ilə ömür uzunluğu arasındakı əlaqə belədir:
- 36 ölçülü ayaqqabı geyinən qadınlar 64 ilə 69 il arasında yaşayırlar.
- 37.5 ölçülü ayaqqabı geyinən qadınlar 70 ilə 76 il arasında yaşayırlar.
- 38 ölçülü ayaqqabı geyinən qadınlar 77 ilə 82 il arasında yaşayırlar.
- 40 ölçülü ayaqqabı geyinən qadınlar 78 ilə 84 il arasında yaşayırlar,
- 42 ölçülü ayaqqabı geyinənlər isə 73 ilə 75 il arasında yaşayırlar.
- 44 ölçülü ayaqqabı geyinənlər 70-72 il,
- 46 ölçülü ayaqqabı geyinənlər 67-70 il,
- 46.5 ölçülü ayaqqabı geyinənlər isə 66-69 il yaşayırlar.
KİŞİLƏRDƏ AYAQQABI ÖLÇÜSÜ VƏ ÖMÜR MÜDDƏTİ
Ayaqqabı ölçüsünə görə kişilərin ömür uzunluğu aşağıdakı kimidir:
- 38 ölçülü ayaqqabı geyinən kişilər 63 ilə 66 il arasında yaşayırlar.
- 40 ölçülü ayaqqabı geyinən kişilər 66-69 il,
- 42 ölçülü ayaqqabı geyinən kişilər 67 ilə 72 il arasında yaşayırlar.
- 43 ölçülü ayaqqabı geyinən kişilər 72-75 il,
- 44 ölçülü ayaqqabı geyinən kişilər 73 ilə 77 il arasında yaşayırlar,
- 46 ölçülü ayaqqabı geyinən kişilər 75 ilə 82 il arasında yaşayırlar.
Aygün
Medicina.az