Bu dəri xəstəliklərinə diqqət! - Çox tez yoluxur

  • 2025.12.22 22:29
  • 230 Baxış
Bu dəri xəstəliklərinə diqqət! -  Çox tez yoluxur

"Dəri xəstəlikləri çoxdur. Hətta deyərdim ki, 3 minə yaxın dəri xəstəliyi var".

Medicina.az xəbər verir ki, bunu dermatoloq Şövqü Salahov bildirib.



Onun sözlərinə görə, yoluxucu olan dəri xəstəlikləri insanlar arasında xoş qarşılanmır:

"Günümüzdə qotur xəstəliyi çox geniş yayılıb. Diqqətli olun, çox yoluxucudur. Əgər özünüzdə qaşınma əlamətləri hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Bundan başqa, virus xəstəlikləridir. Məsələn, ağız ətrafı ucuqlar virusdur. Hava, damcı yolu ilə keçir. Göbələk xəstəlikləri də buna misal ola bilər. Əgər bədənin hansısa nahiyəsində sağalmayan qızartı, qaşınma, qabıqlanma varsa, göbələk xəstəliyi ola bilər. Bu da yoluxucudur.

Cinsi yolla keçən xəstəliklər də yoluxucu xəstəliklərdir. Bunlara diqqət edin. Bir şey sizi narahat edirsə, bu, ərtafdakılar üçün təhlükəlidir. Dərhal həkimə müraciət edin"

Aygün
Medicina.az