Bu dövlət xəstəxanasında elektron növbə işə düşdü

  • 2025.09.05 17:16
  • 94 Baxış
Bu dövlət xəstəxanasında    elektron növbə işə düşdü


Kliniki Tibbi Mərkəzdə (KTM) elektron növbə sistemi istifadəyə verilib.


"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək. Mərkəzə gələn vətəndaşlar iki və üçüncü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər.

Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə birinci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.