Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu gün Bakıda hava necə olacaq?

  • 2025.05.05 09:29
  • 183 Baxış
Bu gün Bakıda hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Medicina.az -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.


Bu gün Bakıda hava necə olacaq?