Bu gün cəmi 6 nəfər yoluxub

  • 2022.04.25 17:42
  • 1714 Baxış
Bu gün cəmi 6 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 650 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.

Ölkədə son sutka ərzində 2 400, hazırkı dövrədək isə 6 797 352 test aparılıb.