Bu gün Dünya Astma ilə mübarizə günüdür

  • 2023.05.02 15:06
  • 501 Baxış
Bu gün Dünya Astma ilə mübarizə günüdür
May ayının ilk ikinci çərşənbə axşamı hər il dünyada Astma ilə mübarizə günü kimi qeyd edilir.


Medicina.az xəbər verir ki, bu tarix ÜST və Qlobal Astma Birliyi tərəfindən ilk dəfə 1998-ci ildə qeyd olunub, Dünya bronxial astma forumu keçirilib.


Artıq bu tarixi dünyanın 45 ölkəsi qeyd edir.

Astma yunancadan tərcümədə - ağır tənəffüs deməkdir. Bu tibbi termin və diaqnozun müəllifi Hippokrat hesab edilir. O kitabında qeyd edib ki, astma spastik xarakter daşıyır, əsas səbəbi quruluq və soyuqdur.

XX əsrdə məlum olub ki, astmanın səbəbi allergik reaksiyadır, bronxların lokal iltihabı gedir. Astma xarici qıcıqlandırıcılar – kimyəvi, bioloji, fiziki səbəblərdən də aktivləşir.

Bu gün dünyada uşaqlar və böyüklər arasında daha çox bronxial astma rast gəlinir, xəstələr toz, ağac tozu, heyvan tükü, qida, dərman və s. - ə kəskin reaksiya verir.

Hazırda dünyada 370 milyondan çox insanda astma və astma bronxit var. Hər 10 ildən bir bu rəqəmlər 50% artr. Astma istənilən yaşda başlaya bilər.

Aygün Musayeva