Bu gecəyarı planetlərin paradı olacaq

  • 2022.06.03 17:11
  • 3479 Baxış
Bu  gecəyarı planetlərin paradı olacaq
Bu gecə səmada möhtəşəm mənzərəni qaçırmayın: Adi gözlə beş planeti yanaşı görmək mümkün olacaq - FOTO


Medicina.az xəbər verir ki, Merkuri, Venera, Mars, Yupiter və Saturn bir sıraya düzüləcək. Astronomik hadisə zamanı beş planet sağdan-sola Günəş sistemində yerləşdikləri ardıcıllıqla görünəcək. Bunu hətta adi gözlə müşahidə etmək mümkün olacaq.

“Planetlərin paradı” adlanan hadisəni xüsusən iyunun 3 və 4-də sübhdən yarım saat əvvəl müşahidə etmək tövsiyə olunur - bu dövrdə Merkuri ilə Saturn arasındakı məsafə minimal olacaq.


İyunun 24-də isə Venera ilə Mars arasında Ay müşahidə olunacaq.


Qeyd edək ki, planetlərin belə düzülüşü 2004-cü ildən bəri ilk dəfə müşahidə olunacaq.