“Bu həbslər digərlərini də belə işlərdən çəkinməyə sövq edər” - Baş həkim

  • 2021.04.22 17:56
  • 1553 Baxış
“Bu həbslər digərlərini də belə işlərdən çəkinməyə sövq edər” -  Baş həkim
“Fikir mütəxəssisləri bundan sonra post kovid erasının olacağını elan ediblər. İnsanlar bu dövrün şərtlərinə uyğunlaşıb yaşamalıdır.

Bu gün cəmiyyətdə stress çoxdur, insanların arzularının yerlə-yeksan olduğu bir vaxtda, daxilimizdə insanların bir-birinə yaratdığı sıxıntılar vəziyyəti lap qəlizləşdirir”.

Medicina.az xəbər verir ki, bunu Musavat TV-ə açıqlamasında Ankara klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov deyib.

Baş həkim bu gün 2 baş həkimin həbsi məsələsi barədə fikirlərini belə açıqlayıb:

“Pandemiyanın əsgərləri, komandirləri həkimlərdir, onlar bu müharibədə mübarizədə insanların önündə gedir.
Cəmiyyətin ziyalı qismi, həkimlərin üzərinə daha böyük yük düşür. Bu insanlar nümunə olmalıdır.

Bilanıq suda balıq tutmaq istəyənlər həmişə olub, olacaq. Vətəndaşın, ictimaiyyətin aktivliyi və dövlətin vaxtında adekvat müdaxiləsi olmalı idi və bu oldu.
Biz bir neqativ hala görə bütün pozitivlərin üzərindən çəkə bilmərik. Bu gün istəyimiz odur ki, mümkün qədər o neqativləri vaxtında aşkarlayacaq bir sistemə malik olaq.

Biz müdrik cəmiyyət qurmalıyıq. Elə bir sistemə nail olaq ki, bu neqativ hallar olmasın. İnsan övladı dünyanın hər yerində əlverişli şərait düşdükdə qanunsuzluğa meyillənir.

Dövlətin böyük, müasir klinikası açılır, gənc kadrlar vəzifələrə təyin edildi. İlk başda Yeni klinika ilə fəxr edirdik, çünki ordan çox yaxşı xəbərlər gəlirdi, ən ağır xəstələri xilas edirdilər.

Ümidlərimizin bağlandığı yerlər idi. Orda olan neqativ hallar daha üzücüdür.
Digər tərəfdən, bu hadisələr digərlərini də bu işlərdən çəkindirməyə sövq edər.

Biz deyirik direktorlar rüşvət alıblar, amma etiraf edək ki, bu pulu, rüşvəti də insanlar verir. Həkimi təhrik etməməliyik ki, bizim adamı yerləşdir, daha yaxşı xidmət göstər.

Yoluxma sayı fonunda xəstəxanalarda yerin azalması və heç olmaması da ola bilər. Aparıcı ölkələrdə küçədə belə qalan xəstələri gördük.

Çarpayı sayı limitlidir. Digər məsələ, çatışmazlıq fonunda rezerv olaraq özəl yer saxlayıb, sonra ondan qazanc mənbəyinə çevirmək istəyidir”.