Bu həftə saatlar qış vaxtına qurulacaq

  • 2025.10.24 18:13
  • 105 Baxış
Bu həftə saatlar qış vaxtına qurulacaq


Dünyada bir çox ölkə bu həftə sonundan etibarən qış vaxtına keçəcək. Saat dəyişimi adətən, oktyabrın son bazar gecəsi həyata keçirilir.

"Medicina" Bakuposta istinadən xəbər verir ki, bu il saatlar oktyabrın 25-dən 26-na keçən gecə saat 03:00-dan 02:00-yə geri çəkiləcək.


Saat dəyişimi ilə gün daha erkən işıqlanacaq, lakin həmçinin daha erkən qaranlıq olacaq. Bu, bir çox insanın gendəlik rejimini müvəqqəti olaraq poza bilər. Lakin saat dəyişiminin başqa gözə görünməyən təsirləri də mövcuddur.


Saat dəyişikliyi bir çox insanda yuxu problemlərinə, yorğunluğun artmasına və hətta iştahın çoxalmasına səbəb olur.

Almilər bildirir ki, qış rejimi ürək ritminə də təsir edə bilər. 2006-cı ildən aparılan uzunmüddətli müşahidələrə əsasən, qış vaxtına keçiddən sonrakı ilk üç gün ərzində ürək problemləri ilə xəstəxanaya müraciət edənlərin sayı illik orta göstəriciyə nisbətən daha çox olur. Buna səbəbi kimi bədəndə hormonal stress reaksiyaları göstərilir.


MEDİCİNA.AZ