Bu heyvanı tək saxlamaq olmaz – Səbəb

  • 2026.04.02 19:13
  • 136 Baxış
Bu heyvanı tək saxlamaq olmaz  – Səbəb

Dekorativ siçovullar təbiətlərinə görə tək saxlanılmamalıdır.

Medicina.az xəbər verir ki, Baytarlıq Mərkəzinin filialının baş həkimi Anastasiya Kostikovaya bu barədə danışıb.


Mütəxəssis qeyd edib ki, vəhşi təbiətdə siçovullar böyük sürülərlə yaşayır. Çünki növ daxilində ünsiyyət onların mövcudluğunun əsasını təşkil edir:


"Siçovulları tək saxlamaq digər siçovullarla tam qarşılıqlı əlaqədə olmaq imkanından məhrum edir. Bu, xroniki stressə, depressiya, apatiyaya və hətta nevrozların inkişafına gətirib çıxarır".


Ekspertin sözlərinə görə, siçovulların ultrasəs siqnalları, bədən dili, qoxular və baxım ritualları da daxil olmaqla mürəkkəb ünsiyyət sistemi var.

Kostikova həmçinin müxtəlif cinsli siçovulları bir yerdə saxlamamaq barədə xəbərdarlıq edib.

"Yalnız eyni cinsli qrupları - erkəkləri ayrı, dişiləri ayrı saxlamaq vacibdir. Müxtəlif cinsli siçovulları bir yerdə saxlamaq sonsuz nəsillərə səbəb olacaq", ekspert qeyd edib.


Aygün Musayeva