Səhərlər xüsusən acqarına qəhvə içmək artıq çəkiyə, qarında şişkinliyə səbəb olur.
Medicina.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova bildirib.  
Hər gün 2 fincan qəhvə içmək 2 həftə ərzində 2000 artıq kalori deməkdir. 
Bu isə 4 həftəyə 1 kilorqam çəki deməkdir. Şəkərli qəhvə qarında da piylənmə, artıq şişkinlik yaradır. 
Qadınlar 40 yaşdan sonra südsüz və şəkərsiz qəhvə içməlidir. 
Xüsusən qəhvə ilə yanaşı şirniyyat yeyənlər kökəlir.