Bu il doğulan üçəm və dördəmlərin sayı...

  • 2021.10.19 12:42
  • 915 Baxış
Bu il doğulan  üçəm və dördəmlərin sayı...
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Medicina.az -a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1 862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Bu il doğulan  üçəm və dördəmlərin sayı...