Üzümün sağlamlıq üçün faydalı meyvədir. Lakin həddindən artıq qəbul edildikdə artıq şəkər və kalori səbəbindən zamanla piylənməyə gətirib çıxara bilər.
Medicina.az xəbər verir ki, hər gün normadan artıq üzüm yemək illər ərzində artıq kalorinin bədəndə piy kimi yığılmasına səbəb ola bilər.
Bununla belə, meyvələrin tərkibindəki təbii şəkərlər əlavə şəkər hesab edilmir və meyvələrin gündəlik rasionda yer alması sağlam qidalanmanın vacib hissəsi sayılır.
Buna görə də əsas məsələ meyvəni deyil, ümumi kalori qəbulunu və porsiya ölçüsünü nəzarətdə saxlamaqdır.
Xanım,
Medicina.az