Bu ölkədə İnsanlar küçədə yıxılıb, huşunu itirdi- 5000 insan xəstəxanaya çatdırılıb

  • 2020.05.07 14:23
  • 1332 Baxış
Bu ölkədə İnsanlar küçədə yıxılıb, huşunu itirdi - 5000 insan xəstəxanaya çatdırılıb

Hindistanın Vişakhapatnam şəhərində insanlar küçədə getdikləri yerdə huşlarını itiriblər. Bir çoxları isə evlərində olsalar belə, nəfəs almaqda çətinlik çəkməyə başlayıblar. Sakinlər arasında təlaş başlayıb.

Medicina.az xəbər verir ki, hadisəyə yerli vaxtla saat 2:30-da “LG Polymers” kimyəvi zavodunda stirol sızması səbəb olub.


Artıq ölənlərin sayı səkkiz nəfərə yüksəlib. Qurbanlar arasında uşaqlar da var.

Xəstəxanaya ümumilikdə 5 000 adam çatdırılıb.

Hökumət sakinləri evlərini tərk etməməyə və ya təhlükəsiz zonalara getməyə çağırıb. Küçəyə çıxarkən isə suda isladılmış maska taxmaq tövsiyə olunub.

Stirol - müxtəlif polimerlərin istehsalı üçün istifadə olunan rəngsiz zəhərli mayedir. Buxarı ilə nəfəs aldıqda qaraciyər və sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər.