Bu ölkədə koronavirusdan danışmaq qadağan olundu - Cəza veriləcək

  • 2020.03.31 16:03
  • 2545 Baxış
Bu ölkədə koronavirusdan danışmaq qadağan olundu  - Cəza veriləcək
Türkmənistan hökuməti “koronavirus”sözünün istifadəsini və mətbuatda yazılmasını qadağan edib.

Medicina.az xəbər verir ki, bu barədə Reporters Without Borders (RSF) məlumat verib. Bu qadağada məqsəd ölkədə pandemiyanın yayılması barədə informasiyanı mümkün qədər minimuma endirməkdir.


Bu söz Səhiyyə Nazirliyinin maarifləndirici broşürlərindən də çıxarılıb.

Küçədə maska taxıb gəzənlər, koronavirusdan danışanlar polislər tərəfindən həbs olunacaq. ÜST statistikasına görə, hələ ki Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb.