Bu ölkədə koronavirusla bağlı qadağalar ləğv edildi- Məktəblər açıldı

  • 2020.05.11 14:35
  • 826 Baxış
Bu ölkədə  koronavirusla bağlı qadağalar ləğv edildi - Məktəblər açıldı

İsveçrədə koronavirus pandemiyası səbəbi ilə martın ortalarında tətbiq olunan karantin tədbirlərinin yumşaldılmasının üçüncü mərhələsinə başlanılıb.

Medicina.az xəbər verir ki, bu gündən İsveçrədə orta məktəblər, kitabxanalar, muzeylər, idman zalları, restoranlar, geyim mağazaları fəaliyyətini bərpa edib.

İsveçrədə hazırkı durumda yalnız sosial məsafənin qorunmasına dair qadağa qüvvədədir.

Belə ki, təhsil müəssisələrində müəllimlərlə şagirdlər arasında iki metr sosial məsafənin saxlanılması tələb olunur. Eyni tələblər restoranlara, kafelərə və barlara da şamil olunur.