Koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər tətbiq edən Niderlandda mayın 11-dən etibarən ibtidai məktəblərin açılmasına icazə verib.
Niderlandın Baş naziri Mark Rütte təhsilin bir gün bir qrup, ertəsi gün başqa qrup tərəfindən növbəli şəkildə davam edəcəyini deyib.
Uşaq bağçalarında və özəl təhsil müəssisələrində dərslər mayın 11-də, orta məktəblərdə isə iyunun 1-də başlayacaq.
Yaşı 18-dən aşağı olanlar 1,5 metrlik sosial məsafəni qorumaq şərtilə aprelin 28-dən etibarən açıq meydançalarda idmanla məşğul ola bilərlər.
Kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər isə avqustun 1-dək davam edəcək.