Avstraliyanın bir qrup mütəxəssisi koronavirusa qarşı effektiv dərman testlərinin maraqlı açıqlamasını elan edib.
Medicina.az xəbər verir ki, alimlər QİÇS müalicəsində istifadə olunan xloroxin, ritonavir kimi dərmanların koronavirusa qarşı testlərdə uğurlu nəticə verdiyini bildirib. Bu dərmanlar tətbiq olunan pasiyentdə virus demək olar ki, yoxa çıxıb.
Alimlər bu dərmanların müalicədə kliniki olaraq tətbiqini sınamağın vaxtı gəldiyini də bəyan edib.