Beynəlxalq bir araşdırma ultra emal olunmuş qidaların bədənin bütün orqan sistemlərinə zərər verdiyini və insanların bioloji olaraq onları həzm etməyə uyğunlaşmadığını ortaya qoyub.
Medicina.az xəbər verir ki, The Lancet-də dərc olunan üç məqalədən ibarət seriyada dünyanın hər yerindən 43 mütəxəssis gündəlik pəhrizdə ultra emal olunmuş qidaların artması və onların müxtəlif xəstəliklərlə əlaqəsi məsələsinə toxunub.
100-dən çox uzunmüddətli tədqiqatın nəticələrinə görə, ultra emal olunmuş qidalar dünya miqyasında təzə qidaları sürətlə əvəz edir və bir çox xroniki xəstəliklərin riskini artırır.
Tədqiqatda vurğulanır ki, bu qidalar qlobal miqyasda insan sağlamlığı üçün böyük təhlükə yaradır və insan bədənindəki hər bir orqana zərər verir. Həmçinin müəyyən edilib ki, ultra emal olunmuş qidalardan ibarət pəhriz həddindən artıq yeməyi təşviq edir, qidalanma pozğunluğuna səbəb olur və zərərli kimyəvi maddələrə və əlavələrə məruz qalmanı artırır.
Aygün
Medicina.az