Mütəxəssislərin fikrincə, bəzi dondurulmuş qidaları əridildikdən sonra təkrar dondurmaq sağlamlıq üçün təhlükə yaradır.
Medicina.az xəbər verir ki, bakteriyalar, xüsusən də əridildikdən sonra yenidən dondurulan bu qidalarda, sürətlə çoxala bilər.
Mütəxəssislərin fikrincə, dondurulmuş qidalar əridildikdə mikroorqanizmlər yenidən aktivləşir və bu qidanı təkrar dondurmaq bakteriyaları məhv etmək əvəzinə, daha davamlı edə bilər.
Xüsusilə çiy ət, qiymə, quş əti, balıq və dəniz məhsulları kimi qidaları təkrar dondurmaq bakteriyaların çoxalması üçün əhəmiyyətli bir risk yaradır.
Qida təhlükəsizliyi mütəxəssislərinin fikrincə, bu məhsullar mahiyyət etibarilə mikroblara daha çox həssasdır. İlk ərimə zamanı qida daha çox maye itirir və bu da mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Bu mərhələdə bakteriyaların sayı artır. Eyni məhsulu ikinci dəfə təkrar dondurmaq və əritmək bakteriyaların yenidən sürətlə çoxalmasına səbəb ola bilər.
Əridilmiş çiy məhsulların yalnız tam bişdikdən sonra yenidən dondurulmalı olduğu vurğulanır. Əks halda, bu qidaları çiy şəkildə yenidən dondurmaq qida zəhərlənməsinə səbəb ola biləcək ciddi bir risk hesab olunur.
Aygün