Gündəlik hər 50 qram emal olunmuş ətin – kolbasa, sosis qəbulu kolorektal xərçəng riskini təxminən 18% artırdığına dair dəlillər var.
Medicina.az xəbər verir ki, terapevt və qastroenteroloq Olqa Suxareva kolbasa və ya şirniyyat yeməyin siqaret çəkmək kimi zərərli olduğunu iddia edən videolara münasibət bildirib.
Bəzi videolarda hətta bir porsiyanın belə xərçəngə səbəb ola biləcəyi iddia edilir.
Dietoloqların videolarına cavab verən Olqa Suxareva fundamental bir məqamı qeyd etdi. Bir tərəfdən, emal olunmuş ətlər (kolbasa, sosiska, bekon və s.), tütün kimi, Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyi/IARC tərəfindən 1-ci Qrup kanserogenləri kimi təsnif edilir:
"Amma bu, onların eyni dərəcədə təhlükəli olduğu anlamına gəlmir. IARC 1-ci Qrup o deməkdir ki, bu amil insanlarda xərçəngə səbəb olduğuna dair inandırıcı dəlillər var. Lakin bu, riskin böyüklüyünü müəyyən etmir", - deyə həkim Telegram kanalında izah edib.
Əlbəttə ki, gündəlik siqaret çəkmək hər gün kolbasa yeməkdən daha zərərlidir.
"Siqaret çəkən şəxsin ağciyər xərçənginə tutulma riski siqaret çəkməyən şəxsinkindən 15-30 dəfə yüksək ola bilər", - deyə həkim qeyd edir.
Tерапевт həmçinin antibiotik kursundan sonra da daxil olmaqla bağırsaqları bərpa etmək üçün ən faydalı qidaları sadaladı. Siyahının birinci hissəsinə tatlandırıcısız təbii qatıqlar, kefir və asidofil südü, turş kələm, kimçi, yaşıl banan (onlar əsas davamlı nişasta ehtiva edir) və beta-qlükan və prebiotik lif mənbəyi olan yulaf əzməsi daxildir.
Aygün Musayeva