Bu qızı uşaqla səhv salırlar - Nadir xəstəlik

  • 2022.05.18 12:49
  • 3172 Baxış
Bu qızı uşaqla səhv salırlar  - Nadir xəstəlik


19 yaşlı qızı insanlar 6-7 yaşlı uşaq bilib, ona uyğun davranırlar.

Bakupost.az xəbər verir ki, Hindistanlı Aboli Carit qeyri-adi xarici görünüşü və yaşına uyğun olmayan boyu ilə ölkədə məşhur olub.
Onun boyu bir metrə çatmır.

Qızın sözlərinə görə, onda böyrək mənşəli raxit adlanan nadir xəstəlik diaqnoz olunub. Bu zaman sümüklər ciddi deformasiyaya uğrayır. Buna görə o çətinliklə yeriyir.

Carit müğənni olmaq istəyir, onu artıq filmlərə dəvət edirlər.

19 yaşı olmasına baxmayaraq, onu uşaqla səhv salıb, yaşına uyğun olmayan tərzdə davranmaları xoşuna gəlmir.

Boyuna və ölçüsünə görə məcbur uşaq geyimləri seçən Aboli məşhurlaşmasına sevinir, lakin o istedadı ilə tanınmaq istəyir.

Aygün Musayeva
BakuPost