Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qurd dərmanı koronavirusun müalicəsində effektiv çıxdı

  • 2020.05.05 16:21
  • 6198 Baxış
Bu qurd dərmanı koronavirusun müalicəsində effektiv çıxdı


Qurd, parazit əleyhinə Niklozamid dərmanı koronavirusun müalicəsində çox vədlər verir.

Medicina.az xəbər verir ki, Koreya alimləri FDA tərəfindən koronavirusun müalicəsi üçün rəy almış 48 preparatı skrininq edərək, bu dərmanın effektivliyini təsdiqləyiblər.

Alimlər tədqiqatda yaşıl afrikan meymunu üzərində bu dərmanı sınayıblar. Dərman çox güclü antivirus aktivlik göstərib.

“Təəccüblü deyil ki, dərmanın virus əleyhinə geniş spektrli effekti tibbi ədəbiyyatda çox dəqiq sənədləşdirilib və qeyd olunub. Bu preparat SARS və MERS Cov viruslarında da eyni dərəcədə effektivdir. Yeganə çatışmazlığı aşağı absorbsiya olmasıdır” – deyə alimlər bildirib.