Bu qurumlar birləşdirildi - Əmr

  • 2026.04.18 11:52
  • 99 Baxış
Bu qurumlar birləşdirildi -  Əmr

Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasına köçürülüb.

Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.