Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir.
Medicina.az xəbər verir ki, tibb müəssisəsində ilk dəfə olaraq 1952-ci il təvəllüdlü (qadın) pasiyent üzərində icra olunan kataraktanın fakoemulsifikasiyası, aspirasiyası və intraokulyar göz bülluru protezinin implantasiyası əməliyyatı uğurla başa çatıb.
Cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunub.
Müalicəsini Oftalmologiya şöbəsində uğurla başa vuran pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, minimal invaziv üsul olan fakoemulsifikasiya qısa reabilitasiya müddəti və yüksək effektivliyi ilə seçilir. Əməliyyat zamanı bulanıqlaşmış təbii göz bülluru çıxarılaraq yerinə süni göz bülluru implantasiya edilib.
Aygün Musayeva