Bu rəngdə kartofdan uzaq durun - Uzman

  • 2022.09.12 16:51
  • 614 Baxış
Bu rəngdə kartofdan uzaq durun  - Uzman


Çox vaxt satışda göedüyümüz üzəri yaşıla çalan kartof qidaya yararlıdırmı?


"Medicina" xəbər verir ki, qidalanma uzmanı Tobbi Amidor yaşıl kartof barədə xəbərdarlıq edib.

Günəş işığının aşırı təsirindən yaşıla dönən kartofda xlorofil və solanium çox olur.

Bu maddələr yüksək dozada olduqda həm kartofa acı dad verir, həm də orqanizmə zərərlidir.

Belə kartofu bişirmək belə kömək etmir.

Belə kartof insanı öldürməz, amma qarın ağrısı, həzm pozuntusu, baş ağrısı, qusma və ishal verə bilər.

Ona görə belə kartofdan uzaq dursanız yaxşıdır.

Aygün Musayeva