Azərbaycanda saxta dərmana qarşı AKSİYA – Bu iynəni orijinalı ilə pulsuz əvəz edəcəklər

  • 2022.06.21 12:40
  • 12226 Baxış
Azərbaycanda saxta dərmana qarşı AKSİYA  –  Bu iynəni orijinalı ilə pulsuz əvəz edəcəklər


Hamilə qadınlar üçün vacib olan ”İmmunoRho 1500” preparatının saxta versiyası Azərbaycana ayaq açıb. İrandan qaçaqmalçılıq yolu ilə gətirilən iynələr əl altdan satılır.

Medicina.az xəbər verir ki, dərmanın Azərbaycandakı rəsmi distribüteri Altes Pharm şirkəti xüsusi qaynar xətt açıb.


Əgər sizə saxta preparat satıblarsa, o zaman bu nömrəyə zəng etməyiniz tövsiyə olunur: (055) 409 00 17

Bütün hamilə pasiyentlərin nəzərinə çatdırırıq ki, onlara təklif olunan, satılan İmmunoRho dərmanının keyfiyyətindən şübhələri varsa, bizimlə əlaqə saxlasınlar.


Azərbaycanda hamilə qadınların və körpələrin sağlamlığının qorunması, həyatlarının xilas edilməsi məqsədilə saxta İmmunoRho dərmanını ofisə təqdim etsəniz, pulsuz olaraq rəsmi distribüter tərəfindən orijinalı ilə əvəz olunacaq. Şirkət bu öhdəliyi üzərinə götürüb.

Saxta dərmanın mənbəyi dəqiqləşdirilib, hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Gələcək genofondumuzu qorumaq üçün bir-birimizə dəstək olaq.

Saxta ilə orijinalı fərqləndirmək üçün videomaterialı izləyin.