Niderlandın Utrext şəhərində qəhvə və çay verilməsi xidməti dayandırılıb.
“Medicina” xəbər verir ki, buna səbəb bir çox müəssisə içməli suda bakteriyaların aşkarlanması olub.
Nəşr qeyd edir ki, şənbə günü Utrextdə içməli su çənində bakteriyalar aşkar edildikdən sonra regiondakı bir çox müəssisə yaxın günlərdə bir fincan qəhvə və ya çay almaqda çətinlik çəkəcək.
Şəhərin qatar stansiyalarında və Utrext Universitet Xəstəxanasının ambulator şöbəsində də içki satışı ilə bağlı problemlər müşahidə olunur.
İçməzdən əvvəl suyu üç dəqiqə qaynatmaq tövsiyəsinin regionun bir çox bölgəsində qüvvədə qalacağı gözlənilir.
Aygün Musayeva