Bu şorbanı çox yemək erkən ölüm riskini artırır

  • 2025.09.27 08:18
  • 111 Baxış
Bu şorbanı çox yemək erkən ölüm riskini    artırır

Alimlər şorba yeməyin erkən ölüm riski ilə əlaqəli olduğunu müəyyən ediblər.


“Medicina” xəbər verir ki, Asiyada dəbdə olan əriştəli Ramen şorbası çox duzlu olduğu üçün vaxtından əvvəl ölüm riski ilə əlaqələndirilir.


"Ramen əriştəsinin çox yeyilməsi 70 yaşdan aşağı kişilərdə ölüm riski ilə əlaqəli ola bilər. Ramen şorbası yüksək miqdarda duz tərkiblidir. Tez-tez istehlak yüksək qanda natrium səviyyəsinə səbəb ola bilər ki, bu da insult və mədə xərçəngi kimi xəstəliklərin riskini artıra bilər".

Tədqiqatçılar Yamaqata bölgəsində yaşayan 40 yaşlı 6500-dən çox iştirakçının (2361 kişi və 4385 qadın) məlumatlarını təhlil edərək, onları həftədə nə qədər ramen yediklərinə əsasən dörd qrupa böldülər.


Qruplar beləbölündü: ayda bir dəfədən az; ayda bir-üç dəfə; həftədə bir və ya iki dəfə; və həftədə üç və ya daha çox dəfə.

Tədqiqatçılar gənclərin çox ramen yediyini aşkar ediblər.

Onlar 4,5 il ərzində iştirakçıları izləyib və dəyişiklikləri qeydə alıblar. Bu müddət ərzində 145 nəfər ölüb: 100 nəfər xərçəngdən, 29 nəfər isə ürək xəstəliyindən.

Tədqiqatçılar ramen şorbasının yarısından çoxunu içən və tez-tez ramen yeyən insanların ölüm riskinin daha yüksək olduğu qənaətinə gəliblər. Həftədə üç dəfədən çox ramen yeyən və həmçinin spirtli içki qəbul edənlərin ölüm riski daha da üç dəfə yüksək idi.

Belə bir əriştəli şorbalar bizdə hazır quru qidalar formasında marketlərdə satılır, gənclər onun üzərinə su alıb şorba halına salıb yeyirlər.


Aygün Musayeva