Adi nanənin istehlakı qocalmanı gecikdirə bilər.
Medicina.az xəbər verir ki, bioloq İrina Maltsevanın sözlərinə görə, nanənin qida və ya içki ilə birlikdə qəbulu ənənəsi çox dərin tarixi köklərə malikdir.
"Nanə yağının həzm pozğunluqlarını müalicə etmək, baş ağrılarını, gərginliyi aradan qaldırmaq və yoğun bağırsaq spazmlarını aradan qaldırmaq üçün uzun müddət istifadə tarixi var".
Həkim həmçinin qeyd edib ki, nanədə qocalmanın qarşısını alan və gecikdirən fitonutrientlər var. Nanə çeynəmək aclığı, iştahanı azaltmağa kömək edir.
Bundan əlavə, aromatik bitki bədənin xərçəngə qarşı müdafiəsini yaxşılaşdırır - tərkibində antioksidant kimi çıxış edən limonen var. Bu maddə ürək-damar sisteminə də müsbət təsir göstərir.
AYGÜN