Bu uşaq dərmanları ölümcüldür - ÜST-dən xəbərdarlıq

  • 2022.10.06 14:10
  • 4303 Baxış
Bu uşaq dərmanları ölümcüldür   - ÜST-dən xəbərdarlıq


Ümumdünya Səhiyyə Təşkilatı ölümcül təhlükəli dörd öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq edib. Təşkilatının oktyabrın 6-da verdiyi məlumata əsasən, bunlar “prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropudur.


"Medicina" xəbər verir ki, Hindistanın “Maiden Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan bu preparatların Qambiyada 66 uşağın ölümü ilə əlaqəli ola biləcəyini bildirib və sözügedən dərmanların başqa ölkələrdə də istifadə edilmiş ola biləcəyi barədə xəbərdarlıq edib.


ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da jurnalistlərə açıqlamasında bildirib ki, laboratoriya analizləri sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun “qəbuledilməz” miqdarı aşkarlayıb, hansı ki sözügedən maddələr zəhərlənmələrə və kəskin böyrək çatışmazlığına gətirib.



Baş verənlərlə əlaqədar ÜST Hindistandakı tənzimləyicilərlə və şirkətin özü ilə əlavə araşdırmalara başlayıb.


Aygün Musayeva