- Tətbiq etsəniz, çox təəccüblənəcəksinizTəkcə diş və ağzı təmizləmir...

  • 2019.02.01 09:15
  • 8426 Baxış
 - Tətbiq etsəniz, çox təəccüblənəcəksiniz Təkcə diş və ağzı təmizləmir...

Ağız yaxalayıcısı suyu sadəcə diş və ağız təmizliyi üçün nəzərdə tutulsa da müxtəlif sahələrdə istifadə edilə bilər. 

 

Medicina.az onları sizə təqdim edir: 


Ayaq göbələyindən qurtulun


1 vanna suyu 1 qab ağız yaxalayıcısı ilə qarışdırın. Ayaqlarınızı bu suda 20 dəqiqə saxlayaraq ayaq göbələklərindən azad ola bilərsiniz. 


Üzünüzü təmizləyin


Antiseptik xüsusiyyəti olan ağız yaxalayıcısı üz təmizlənməsində istifadə edilə bilər. Mütəmadi olaraq istifadə etsəniz üzünüzdə olan sızanaqların azaldığını görəcəksiniz. 


Kəpəyə son 


Saçınızın dibini ağız yaxalayıcısı ilə masaj edin və sonra başınızı dəsmalla bağlayın. Bir neçə dəqiqədən sonra saçlarınızı yaxalayın. Kəpəyin getdiyini görəcəksiniz. 


Həşərat dişlədikdə ağrını azaldır 


Ağız yaxalayıcısı həşərat dişləməsi zamanı ağrını və qaşınmanı azaldır. Pambığı yaxalayıcıya batıraraq dişlənmiş yerə çəkməyiniz kifayətdir.

 

Arzu

Medicina.az