Bu vitamin aparata qoşulmuş xəstələri xilas edə bilər - Sidney alimləri

  • 2020.04.08 23:31
  • 21712 Baxış
Bu vitamin aparata qoşulmuş xəstələri xilas edə bilər  -  Sidney alimləri

Hazırda ağır gedişli koronaviruslu xəstələrin ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş xəstələrin cihazdan tez bir zamanda azad olunması uğrunda çarpışırlar.


C vitamini belə xəstələri kritik durumdan daha tez müddətə çıxarmağa kömək edir.

Medicina.az xəbər verir ki, beynəlxalq intensiv terapiya jurnalında Helsinki və Sidney universitetinin həkimləri intensiv terapiyada olan xəstələrdə C vitamininin təsirini göstərən sistematik ədəbiyyatın təhlilini aparıb.


689 pasiyenti əhatə edən 8 iri tədqiqatın nəticələri göstərir ki, Cvitamini süni tənəffüs aparatında olan xəstələrin aparatda qalma müddətini 14%azaldıb.


Uzun müddət ventilyasiya aparatına qoşulmuş ağır xəstələrdə bu vitamin daha möhtəşəm nəticələr göstərmişdir.


Belə ki, 471 ağır xəstəyə sutkada 2-6 qr vitamin C verilməsi, onların ventilyasiya müddətini 25% azaldıb, daha tez özlərinə gəlmələrini təmin etmişdir.


“Belə inandırıcı nəticələri nəzərə alıb, intensiv terapiyada olan koronaviruslu xəstələrə Cvitamini yüksək dozalarda dəstəyi göstərməklə, onların daha tez sağalmasına nail olmaq olar”.