Bu vitamin COVID-19-un gedişatını yüngülləşdirir - Alimdən iddia - VİDEO

  • 2020.04.24 19:41
  • 2563 Baxış

İrlandiyanın Dublin Universitetinin alimləri D vitamini qəbulunun koronavirus xəstəliyinin gedişatını asanlaşdırması qənaətinə gəliblər.

Araşdırma zəmanı məlum olub ki, vitamin D qəbul edən xəstələrdə ağciyər infeksiyası təxminən 50% azalır.

Əldə olunan məlumatlar digər tədqiqat universitetlərinin mütəxəssislərini də maraqlandırıb. İspaniyadakı Qranada Universitetinin işçiləri də 10 həftəlik təcrübənin hazırlandığını bildiriblər. Tədqiqat təxminən 200 nəfər arasında sınaqdan keçiriləcək.

Xəstələr D vitamini qəbul edəcəklər və elmi işin müəllifləri bunun COVID-19-a necə təsir etdiyini yoxlayacaqlar. Sasseks Universitetindən doktor Jenna Macchiochio bildirib ki, vitamin D qəbul etməyən insanların soyuqlama şansı 3-4 dəfə çoxdur. Bundan əlavə, bu xəstələrdə tənəffüs yoluxucu xəstəlikləri daha ağır keçir.

Alimlər qeyd edirlər ki, D vitamini, digərləri ilə yanaşı, immunitet sisteminin fəaliyyətini tənzimləyir və buna görə də koronavirus xəstəliyinin gedişatına müsbət təsir göstərə bilər.