K vitamini olmadan bədən qan laxtalanmasını idarə edə bilməz.
Medicina.az xəbər verir ki, K vitamini təbiətdə iki formada mövcuddur: K1 və K2.
K1 vitamini və ya filloquinon, brokkoli, Brüssel kələmi, kələm, kahı və ispanaq kimi yarpaqlı göyərtilərdə və meyvələrdə (avokado, banan, üzüm, kivi, gavalı) olan əsas qida formasıdır.
K2 vitamini və ya menaquinon az miqdarda yüksək yağlı süd məhsullarında, yumurta sarısında, qaraciyərdə və digər orqan ətlərində, eləcə də fermentləşdirilmiş qidalarda (miso, turş kələm) olur. Food News portalı kifayət qədər K vitamini qəbul etməyin vacibliyi barədə məlumat verib.
İlk növbədə, K vitamini bədənin qan laxtalanmasını tənzimləməsinə kömək edir: qan laxtalanması üçün lazım olan zülalların istehsalını təşviq edir. Zədələnmələr zamanı bu, qanaxmanın qarşısını alır və sağalmanı təşviq edir.
Öz növbəsində, bədəndə kifayət qədər K vitamini arteriya sərtliyini azaltmaq və qan təzyiqini sabitləşdirməklə ürək-damar sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir.
Bundan əlavə, K vitamini xərçəngdən qorunmaq üçün vacibdir. Nutrients jurnalında dərc olunan bir araşdırmada şiş böyüməsini maneə törətməklə və bədxassəli hüceyrə aktivliyini maneə törətməklə döş, serviks və yumurtalıq xərçənginə müsbət təsirləri bildirilib.
Ürək xəstəliklərinin, diabetin və xərçəngin qarşısını alır.
K vitamininin digər faydaları:
Sümük sağlamlığını təşviq edir. Beyində yaşla bağlı degenerativ dəyişikliklərin qarşısını alır.
Insulinə həssaslığı artırır, diabet riskini azaldır.
Prostat sağlamlığını gücləndirir.
Aygün Musayeva