Bu xərçəng dərmanı qocalmaya qarşıdır

  • 2023.05.16 11:21
  • 1206 Baxış
Bu xərçəng dərmanı qocalmaya qarşıdır
Elm adamlarının yeni araşdırmalarına görə, xərçəng dərmanı qocalmanı ləngidir.

“Medicina” xəbər verir ki, Britaniya alimləri qocalma zamanı əzələ tonusunun azalmasına səbəb olan zülal kəşf ediblər.


Mütəxəsislər qocalma prosesinin yaratdığı əzələ atrofiyasının qarşısını ala biləcək dərman kəşf etdiklərini iddia edirlər. Alimlər əmindirlər ki, insanın əzələ sistemini cavanlaşdıran preparatın yaradılması yaxın gələcəyin işidir.


London Kral Kollecindən olan alim Albert Bassonun fikrincə, ağır əşyaları qaldırmaq kimi müəyyən səy tələb edən fiziki fəaliyyət əzələlərə az ziyan vurur. İnsan orqanizmi zədələnmiş əzələ liflərini bərpa etmək üçün resurslar ayırır, lakin qocalığın yaxınlaşması ilə əzələlər bu qabiliyyətini tədricən itirir.

Bununla belə, King's College-in tədqiqatçıları həddindən artıq aktiv FGF2 zülalını bloklayan və bununla da əzələ kök hüceyrələrinin sayının azalmasının qarşısını alan dərman tapıblar.

Bu, hazırda sınaq mərhələsində olan xərçəng dərmanıdır.

Daily Express qəzeti onun həmmüəllifi Albert Bassondan sitat gətirib: "Kəşf bizə insanın əzələ sistemini cavanlaşdıran dərman yaratmaq imkanı verəcək”.

Günay Quluzadə