Bu xəstəliyin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alındı

  • 2024.04.25 10:00
  • 499 Baxış
Bu xəstəliyin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alındı
Bexterev xəstəliyinin (ankilozlaşdırıcı spondilit) müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alınıb.

Medicina.az Rusiya mətbuatına istinadən bildirir ki, dərmanı Rusiya Səhiyyə Nazirliyi qeydiyyata alıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, klinik sınaqlarda preparat yüksək effektivlik və təhlükəsizlik profili nümayiş etdirib.

"Dərman bədənin öz hüceyrələrinə hücum edən patoloji T-limfositləri məhv edir", - məlumatda bildirilib.

Üstəlik, demək olar ki, dərmanın əks təsir göstərmədiyi, immunitet sistemini zəiflətmədən xəstəliyin inkişafını zəiflətdiyi ilkin tədqiqqatlarda sübut olunub.

Qeyd edək ki, dərman N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin və "BIOCAD" biotexnoloji şirkətinin rusiyalı alimlər qrupu tərəfindən ərsəyə gətirilib.


Aysel