Bu xəstəxanaların qarşısında minib-düşmə yerləri təşkil edilib

  • 2026.06.15 16:05
  • 140 Baxış
Bu xəstəxanaların qarşısında minib-düşmə yerləri   təşkil edilib


20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb.

Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.

Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,

Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,

Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,

Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin

Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının

Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın

Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.

medicina.az