Coşqun Babayev Şərur Regional Tibb Mərkəzi publik hüquqi şəxsinin direktor müavini-Sədərək Rayon Mərkəzi Xəstəxanası üzrə baş həkim vəzifəsinə təyin edilib.
Medicina.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Bu münasibətlə Səhiyyə Nazirliyinin İnzibati İdarəetmə Şöbəsinin müdiri Tahir Məmmədli həkimi kollektivə təqdim edib.