Bu xəstəxanaya yeni direktor təyin olundu

  • 2025.10.28 18:03
  • 81 Baxış
Bu xəstəxanaya yeni direktor təyin olundu


Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.

"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmri ilə sözügedən vəzifəyə Quliyev Pərviz Ağababa oğlu gətirilib.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.

Pərviz Quliyev 1963-cü ilin may ayının 24-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd orta məktəbində alıb.
Azərbaycan Tibb İnstitutunun (indiki universitet-red.) məzunu olub. İxtisasca həkim-terapevtdir. 1991-ci ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləyir.

Bu xəstəxanaya yeni direktor təyin olundu