Bu yağlar beyini qocaldır, əqli zəiflik yaradır - XƏBƏRDARLIQ

  • 22 Apr 2022 15:32
  • 1480 Baxış
Bu yağlar beyini qocaldır, əqli zəiflik yaradır  - XƏBƏRDARLIQ

Marqarin qatqılı, saxta kərə yağı və palma yağı beyini qurudur, hüceyrələrini məhv edir, erkən demensiyaya səbəb olur, əqli gerilik yaradır.


Bakupost.az xəbər verir ki, bunu Edinburq universitetinin həkim müəllimi Mişel Luçano bildirib.

O, beynin qocalmasını sürətləndirən qidaları açıqlayıb.
Kərə və palma yağı əqli zəiflik yarada bilər.

Doymuş yağlarla zəngin məhsullar ürək-damar sisteminin də işinə pis təsir edir.

Eləcə də beyin funksiyalarını lənğidən qidalara bunlar aiddir: qırmızı ət, süd, fastfud, şirniyyat, marqarin, kolbasa.
Onlar erkən demensiyaya səbəb ola bilər.

Həkim bu məhsulları mümkün qədər az və gec-gec yeməyi tövsiyə edir.

Aygün Musayeva
BakuPost